Perinatal Mərkəzdəki yanğından sonra KTM-ə yerləşdirilən körpələrin vəziyyəti AÇIQLANDI

Cəmiyyət


“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub”.

Oxu.Az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, körpələr xəstəxanaya daxil olduqları zaman vəziyyətləri stabil olub:

“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Perinatal Mərkəzdən 26 uşaq köçürülüb. Onlarda 15-i Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparılıb.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir