Rusiyalı şoumen, yazıçı, aktyor, “Pole çudes” verilişinin aparıcısı Leonid Yakuboviç Azərbaycana səfərindən danışıb və öz proqramı ilə Bakıya qayıtmağı planlaşdırdığını deyib.
“Biz Bakıda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyüm vaxt oyun keçirdik. Böyük idman kompleksində təşkil olunan gözəl oyun idi. Çox şənləndik, mən bunu məmnuniyyətlə xatırlayıram”, – Yakuboviç “Moskva-Bakı” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın “Birinci Kanal”ında Azərbaycanla bağlı bir neçə milli buraxılışlar etməyi düşünür.
“İstəyirəm ki, insanlar necə yaşadıqlarını, dincəldiklərini, nə geyindiklərini bizə desinlər, milli yeməkləri birlikdə dadaq. Mən bunu etmək istəyirəm, lakin müxtəlif səbəblərdən hələ də alınmayıb”, – şoumen qeyd edib.
www.102info.az