Bazarlarda pomidorun qiymətinin ucuzlaşması alıcılarda təəccüb yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, bazarlarda piştaxtaları növbənöv pomidorlar bəzəyir.
Satıcıların sözünə görə, hazırda qiymətlər əvvəlki illərə nəzərən iki-üç dəfə aşağıdır:
“Ucuzu 50-70 qəpik, bahası bir manat – bir manat 70 qəpiyə satılır”.
Onlar bildiriblər ki, məhsulun ucuz olmasının bir neçə səbəbi var. Lakin bu vəziyyət yaya doğru dəyişə bilər.
Məhsulun bol olması qiymətləri endirsə də, satıcılar alıcı qıtlığından gileyləniblər.
Ətraflı süjetdə:
www.102info.az