Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən supermarketlərdən birinin qarşısında qeydə alınıb.
Tağı Nurəddin oğlu idarə etdiyi KIA markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Yeganə Məmmədhəsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az