1 yaş 5 aylıq Solmazın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülasər Mustafayeva məlumat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:
“Solmaz 2022-ci ilin avqust ayında dünyaya gəlib. Dünyaya gəldikdən iki ay sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda ona ilik köçürülməsi üçün donor axtarışına başlamışıq”.
Gülasər Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
“Solmazın müalicəsi üçün biz iyun ayında sizin saytın izləyicilərinin köməyi ilə Türkiyəyə yollandıq. Orada müxtəlif analizlər verdik, müalicələrimizi aldıq. Solmazın müalicələrini davam etdirsək də, yenidən analizlər verməyə məcbur olduq. Ona görə əlimizdə olan pul, demək olar ki, analizlərə getdi. Hazırda Solmazın müalicəsi üçün dəstəyə ehtiyacımız var. Onun müalicəsinin ilkin mərhələsi üçün bizim 3 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Yoldaşım avtoyuma məntəqəsində günü 20 manata işləyir, inanın, o pulla kirayəni, günlük qidamızı ancaq ala bilirik. Sizə yalvarıram, övladımı ölməyə qoymayın”.
Kapital Bank: 4169 7388 0079 7486.
Ailə ilə əlaqə: (055) 814-05-26.
www.102info.az