Goranboyda yola qum səpən maşın qəzaya düşüb.
Unikal.az xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib.
Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.
Hadisə nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb.
Bud nahiyəsi sınan yol işçisi xəstəxanaya yerləşdirilib.
www.102info.az