Ötən ilin dekabr ayında Zaqatalada vurulan piyada vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 2023-cü ilin dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində vurulan piyada, 1998-ci il təvəllüdlü Daun sindromlu İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, onu VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov vurub, hadisə yerindən qaçmışdı.
Daha sonra polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlhamə Əbülfət
www.102info.az