Zəngilanda böyük tarixi günün həyəcanı: Sakinlər seçkiyə hazırlaşırlar – VİDEO

Cəmiyyət


İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək.

Yenidən qurulan, günü-gündən inkişaf edən bu torpaqlarda yaşayanlar bu dəfə seçki həyəcanı içərisindədirlər.

Minayə Mahmudova da Ağalıya artıq bir ildir köçdüyünü deyib.

O bildirib ki, bu günə qədər çox qürurverici günlərə şahidlik edib.

Ağalı sakinləri – Allahverdi Mahmudov və Çiçək Gəraylı da 30 ildən sonra ata yurdunda səs verəcək, tarixi hadisənin bir hissəsinə çevriləcəklər.

Vüqar Kərimli Zəngilanda son seçki tarixini xatırlayaraq xəyala dalıb.

Onun sözlərinə görə, bu əslində başqaları üçün adi görünə bilər. Lakin onlar üçün olduqca möhtəşəm bir tarixdir. Çünki ötüb-keçən 30 il ərzində onlar öz namizədlərini məcburi köçkün statusu ilə seçiblər. İndi isə fərqlidir.

Qeyd edək ki, fevralın yeddisinə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə dörd məntəqədə keçiriləcək.

Həmin məntəqələrdən üçü Zəngilan, biri isə Qubadlı rayonu ərazisində yerləşir. 

Daha ətraflı APA TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir