Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib.
Həmin şəxslərdən bir ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
www.102info.az