Lənkəranda qar bir sıra fəsadlar törədib, bir çox yaşayış əraziləri işıqsız qalıb.
Sakinlər bildiriblər ki, iki gündür işıqları yanmır.
Həmçinin, yağan qar yolları da keçilməz edib. Qarın ağırlığından şəhərin mərkəzində elektrik dirəkləri ilə yanaşı, rabitə dirəkləri və iri gövdəli ağaclar aşıb.
Lənkəran Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, problemlə bağlı zəruri tədbirlərin görülməsinə başlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az