Anar Quliyev: “Baş planda məzarlıqlarla bağlı böyük strateji tədbirlər yoxdur”

Cəmiyyət


“Məzarlıqlar hər zaman insanların yaşadığı yerlərə yaxın olub. Önəmli məsələ həmin yerdə məzarlığın genişləndirilməsinə şəraitin olub, olmamasıdır”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, məzarlıqların müvafiq mühafizə zolağının olması tələb edilir:

“Bəzi yerlərdə artıq məzarlıqların sərhədləri dəqiqləşib. Bu dəyişdirilməməlidir. Şəhərdən kənarda salınan bəzi məzarlıqların artıq sərhədləri var və eyni zamanda onların genişləndirilməsi üçün də müvafiq imkanlar var. Baş planda məzarlıqlarla bağlı böyük strateji tədbirlər yoxdur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir