“Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 465 olub”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb. Nazir müavini əlavə edib ki, ötən il işçilərin əmək hüquqlarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin sayı 1776, məbləği isə 3 milyon 820 min manat olub. Məbləğin yalnız 1 milyon 780 min manatı ödənilib”.
A.Əliyev vurğulayıb ki, ötən il 1 milyon 809 min əmək müqaviləsi imzalanıb ki, bu da 2022-ci illə müqayisədə 3,6 faiz artım deməkdir:
“Müqavilələrin 900 mini özəl sektorun payına düşür ki, burada da 8 faiz artıma nail olunub”.
İlhamə Əbülfət
www.102info.az