Eldar Əzizov: “Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır”

Cəmiyyət


“Xəzər dənizinin həmişə səviyyəsi artıb və azalıb. Lakin indi Xəzərin səviyyəsi radikal azalıb. Alimlər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Eldar Əzizov bildirib.

O bildirib ki, alimlər iqlim dəyişikləri ilə bağlı bir sıra araşdırmalar aparıblar:

“Tarix boyu iqlim dəyişikliyi ilə bağlı suallara konkret cavab tapılmayıb. Alimlər bu gün də bu istiqamətdə elmi araşdırmalarını davam etdirirlər. Ölkə başçısı bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıq verib”.

E.Əzizov həmçinin əlavə edib ki, hazırda Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir