Abşeron rayonunun Qobu qəsəbəsində itlərin güllələndiyi iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qəsəbə sakinləri iddia ediblər ki, bir neçə şəxs günorta saatlarında uşaqların gözü qarşısında sahibsiz itləri güllələyiblər.
Sakinlər buna etiraz ediblər və məsələ barədə tədbir görülməsini istəyiblər.
www.102info.az