“Bakıda insan hər gün tıxacla qarşılaşır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.
“10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir.
Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5 dəqiqədən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir”, – deyə deputat qeyd edib.
www.102info.az