Səhiyyə Nazirliyi: “Apteklərdən elektron reseptsiz dərman almaq mümkün olmayacaq”

Cəmiyyət


Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etməyin mümkün olmayacağını bildirib.

“Report”un məlumatına görə, nazirlik rəsmisi deyib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.

Onun sözlərinə görə, elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyadan olan vətəndaşlara şamil edilməyəcək:

“Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3 möhür tələb olunur. Bu, elektron reseptdə də saxlanılıb. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinin yazılması mümkün olmayacaq”.

Nazirlik rəsmisi elektron reseptlə dərman alınması qaydasına da aydınlıq gətirib:

“Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır, amma elektron resept aktiv qalacaq və vətəndaş başqa əczaçılıq müəssisəsinə müraciət edib dərman vasitələrini ala biləcək. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir