Məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlara da dərs keçiləcək

Cəmiyyət


Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir.

Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir.

İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir