İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Şəbnəm Abbasova məlumat verib.
O bildirib ki, övladı dekabrın 6-da bədbəxt hadisə nəticəsində yanıb.
“Zəhranın iki yaşı var, dekabrın 6-da çaynikin kabelini üstünə çəkib, özünü yandırdı. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə gəldik. Orada müalicələr alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq. Zəhranın müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. İnanın, nə mazlarını ala bilirəm, nə bintini. Yaraları suluq edir, partlayır. Ağrılara dözə bilmir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (099) 351-56-54.
Kapital Bank: 4169 7388 7185 6161.
www.102info.az