Ekspert: “Borrelin zəif rəhbərliyi səbəbindən Aİ uğursuzluğa düçar olub”

Cəmiyyət


“Avropa İttifaqının (Aİ) siyasətində müəyyən anti-Azərbaycan meyilləri bu təşkilatın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel daxil olmaqla, mövcud rəhbərliyin fəaliyyətinin nəticəsidir. Borrelin diplomatiyasının bu zəifliyi dünyanın qalan hissəsi ilə münasibətlərə də təsir edir”.

Bunu “Report”a açıqlamasında ABŞ-dən olan politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, bu vəzifədə J.Borrel açıq-aşkar ikili standartlar həyata keçirməsi ilə tanınır:

“Məhz Borrelin zəif rəhbərliyi səbəbindən Aİ uğursuzluğa düçar olub və Cənubi Amerika ölkələrinin ümumi bazarı olan “Mercosur”la danışıqları dalana dirənib”.

P.Teysin fikrincə, Aİ Azərbaycan hökumətinin multikulturalizmi dövlət siyasəti kimi qəbul etdiyini başa düşmək istəmir və ya başa düşmək iqtidarında deyil:

“Etnik azlıqların hüquqları və onların Azərbaycanda inteqrasiyası hökumətin əsas diqqət mərkəzindədir. Eyni zamanda, Avropada qaraçılar və bir çox digər milli azlıqlara qarşı ayrı-seçkilik davam edir”.

Politoloq vurğulayıb ki, Aİ rəhbərliyinin birtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaqla yanaşı, həm də Cənubi Qafqaz regionunun sabitliyi və rifahına təhdid yaradır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir