“Muğan Bank”ın ipoteka kreditləri portfeli altı banka ötürülüb

Cəmiyyət


Ləğv prosesində olan “Muğan Bank” ASC-nin ipoteka kreditləri portfeli altı banka ötürülüb.

“Report”un əldə etdiyi məlumata görə, həmin banklar “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Rabitəbank” və “Turan Bank” ASC-lərdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Muğan Bank”ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir