Xəbərdarlıq nişanı səhv quraşdırılıb? – AÇIQLAMA + FOTO/VİDEO

Cəmiyyət


Sosial şəbəkələrdə vətəndaşın yol nişanını lazımsız bilib yerindən çıxartması ilə bağlı videogörüntü paylaşılıb.

Görüntüdən məlum olur ki, vətəndaş yol nişanının düzgün qoyulmadığını və bu səbəbdən lazımsız olduğunu əsas gətirərək onu yerindən çıxardıb kənara atır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. BDYPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: 

“Həmin işarə qanunvericilikdə nəzərdə tutulmuş 1.11.1 nömrəli xəbərdarlıq nişanıdır. “Yol hərəkəti haqqında” Qanunun 62-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, xəbərdarlıq nişanları hərəkətin icazə verilən sürətindən, görünmə şəraitindən və yerləşmə imkanlarından asılı olaraq, yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanma yerindən 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır. Qeyd olunan yol sahəsində hərəkətin təşkilində və yol nişanının quraşdırılmasında heç bir hüquqazidd hal yoxdur”.

Qeyd edək ki, bu cür əmələ görə vətəndaş İnzibati Xətalar Məcəlləsinin (İXM) 232.1-ci maddəsi ilə məsuliyyət daşıyır. Sözügedən maddə “Əmlakı qəsdən məhvetmə və ya zədələmə” adlanır. Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə (bu, az miqdarda ziyan vurduqda) inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir