Azərbaycanda idmançı məşq zamanı uşaqlara fiziki işgəncə verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, kürəyinə Elvin Səfərov yazılan köynək geyinmiş məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.
Məşqə gələn uşaqların reaksiyalarından hiss olunur ki, onlar bu zərbələrdən əziyyət çəkirlər.
www.102info.az