Şəkidə iki avtomobil toqquşub: Piyada xəsarət alıb

Cəmiyyət


Şəkidə minik avtomobilləri toqquşub.

APA-nın məlumatına görə hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra “Ford” ərazidə olan piyada – 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir