Rahib Hətəmov: “Bakıda işləsəm də, qısa vaxtda həyatımı Füzulidə quracağam”

Cəmiyyət


“Bundan sonra həyatımı doğma yurdumda quracağam”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rahib Sahib oğlu Hətəmov deyib.

O bildirib ki, körpə ikən çıxdığı öz doğma yurduna 33 yaşında qayıdır:

“Füzulidən çıxarkən çox körpə idim, demək olar, heç nəyi xatırlamıram. Bu gün isə 33 yaşımda, ailəmlə öz yurduma qayıdıram. Bakıda işləsəm də, qısa vaxt ərzində iş yerimi Füzuli şəhərinı dəyişəcək və bundan sonrakı həyatımı orada quracağam. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 106 nəfər öz doğma yurduna qayıdır. Bununla da ümumilikdə 440 ailənin (1 625 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir