Kür çayında köməksiz qalan şəxslər xilas ediliblər – FOTO/VİDEO

Cəmiyyət


Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən iki nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı qurumun “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlə əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir