Sosial şəbəkələrdə xüsusən uşaqlar arasında məşhur olan “Skibidi” çoxseriyalı cizgi filmi nümayiş olunur.
“YouTube” bu cizgi filmini 2023-cü ilin əsas trendi kimi qeyd edib.
Mütəxəssislər isə ekran işində zorakılıq faktlarının çox olduğunu deyirlər. Rusiyada valideyn sözügedən cizgi filminin uşaqlara mənfi təsir göstərdiyini əsas gətirərək, yayımının bloklanması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Ata filmin yaradıcı heyətinin yoxlanılması tələbini irəli sürüb. Azərbaycanda da “Skibidi” izləyənlərin sayı az deyil.
Bəs, bu məzmunda cizgi filmləri uşaqlar üçün niyə təhlükəli hesab olunur?
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az