Bakıda yanan obyekt söndürülüb – YENİLƏNİB

Cəmiyyət


Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

09:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

www.102info.az

Spread the love