Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir. Nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
www.102info.az