2023-cü il ərzində respublika ərazisində 15161 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci il ilə müqayisədə 1 553 hadisə və ya 9% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olub, 235 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 26 nəfər xilas edilib, 2 790 nəfər təxliyə olunub.
www.102info.az