Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Cəmiyyət


Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, axşama doğru tədricən kəsiləcək:

“Havanın temperaturu hazırda 1 dərəcəyədək isti qeydə alınır, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur”.

G.Məmmədova qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir:

“Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.

O bildirib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir