Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Şirvan sakini, 1980-ci il təvəllüdlü Fuad Babaxan oğlu Babayevi minik maşını vuraraq ağır yaralayıb.
Piyada çoxsaylı sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Onun ixtisaslı müalicə alması üçün paytaxta – Travmatologiya Mərkəzinə göndərilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az