Göygöldə avtomobil qəzası olub, yaralananlar var

Cəmiyyət


Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində yaralanmış 1998-ci il təvəllüdlü Q.Məmmədov və 1987-ci il təvəllüdlü E.Alıyev xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az