Qarabağda bəzi şəhərlərdə poçt filialının yaradılması ilə bağlı işlər aparılır – AÇIQLAMA

Cəmiyyət


“Qarabağda bəzi şəhərlərdə poçt filialının yaradılması ilə bağlı işlər aparılır”. 

Oxu.Az-ın məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb:

“2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialı yaradılıb. Eyni zamanda, Şuşa, Laçın və Xocavənd şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər aparılır”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir