Pərviz Bülbülə: “Meyxana ikiüzlülükdür” – VİDEO

Cəmiyyət


“Əlində mikrofon varsa, meyxana deyirsənsə, orada birüzlülükdən əsər-əlamət ola bilməz”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində meyxanaçı Pərviz Bülbülə deyib.

Onun sözlərinə görə, meyxana deyən adamın obraza girməyi normaldır:

“Təzə başlayanda mimika ilə, müəyyən hərəkətlərlə meyxana deyirdim. Bu, bəzi meyxanaçıların xoşuna gəlmirdi. Sonra həmin adamlar dövlətdən ad almaq üçün çalışdılar”.

P.Bülbülə həbsdə olan meyxanaçı Rəşad Dağlı barədə də danışıb.

“Bir meyxanaçı dedi ki, Rəşaddan sonra mənim üçün meyxana yoxdur. Cavab verdim ki, belədirsə, mikrofonu yerə qoy, nə toylara get, nə də pul qazan”, – deyə meyxanaçı söyləyib.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir