Baş prokuror: “2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub”

Cəmiyyət


“2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub”.

Oxu.Az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub:

“19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Baş prokuror qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir