Salyan sakini dəm qazından boğulub.
APA xəbər verir ki, Salyan rayonunun Qaraçala kənd sakini 1966-cı il təvəllüdlü Çingiz Alxan oğlu Əsədov dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az