Astarada ana və qızı dəm qazından boğularaq ölüblər – FOTO

Cəmiyyət


Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüblər.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Penser kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası – 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.

Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir