AZƏRTAC Fransa bürosu üzrə müxbir vakansiyası elan edib.
Oxu.Az xəbər verir ki, vakansiyaya müraciət edən şəxslərə verilən tələblər:
– Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;
– Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;
– İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;
– Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;
– Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;
– Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;
Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər:
– Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;
– 25-55 yaş arası olmalı;
– KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;
– Fransız dilində sərbəst danışmağı və yazmağı bacarmalı;
– Stresli vəziyyətlərə davamlı olmalı;
– Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;
– Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;
– Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;
– Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;
– Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;
– Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;
Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur. Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.
www.102info.az