Şəmkirdə mağazadakı yanğın digər dükanlara da keçib

Cəmiyyət


Şəmkir rayonunda mağazada baş verən yanğın digər dükanlara da keçib.

“Report”un məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə şəhərin 20 Yanvar küçəsində, bazar ərazisində qeydə alınıb və yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

www.102info.az

Spread the love