Göyçay sakini sirkə turşusu içərək özünə qəsd edib.
APA xəbər verir ki, rayonun Tərəkə kənd sakini 2009-cu il təvəllüdlü Ə.G sirkə turşusundan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan şəxs Bakı şəhər xəstəxanalarından birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az