Gəncədə səkkiz yaşlı uşaq itkin düşüb.
Lent.az xəbər verir ki, 35 yaşlı Gəncə şəhər sakini Aynur Fərzəliyeva polisə müraciət edərək səkkiz yaşlı oğlu Allahverdi Fərzəliyevin 27.01.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını bildirib.
Hazırda Allahverdi Eldar oğlu Fərzəliyevin olduğu yerin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az