Bakıda 5 gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb.
APA xəbər verir ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən “Ulduz” marketin qarşısında baş verib.
Famil İsgəndərov idarə etdiyi “BMC” markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, ötən gün ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az