Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən – AÇIQLAMA

Cəmiyyət


Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin döyülməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı 75 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya açıqlama verilib.

“Qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb.

Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”, – deyə məlumatda bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir