AMEA: “Repressiya qurbanı olan tədqiqatçının əlyazması aşkarlanıb” – FOTO

Cəmiyyət


Repressiya qurbanı olmuş özbəkəsilli tədqiqatçı Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsəri aşkarlanıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərini Azərbaycan dilinə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərcümə edib, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazması indiyədək aşkara çıxarılmamışdı.

AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Divani lüğət-it-türk” əsərinin indiyədək nəşr olunmuş nüsxələrdən əhatəliliyi ilə seçiləcəyini və müqayisəli şəkildə hazırlanacağını, tərcümə prosesinə təcrübəli tərcüməçilərin də cəlb olunduğunu diqqətə çatdırıb.

Sonda repressiya qurbanı olmuş Xalid Səid Xocayevin Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin çapa hazırlanması və nəşrinin təmin edilməsi qərara alınıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir