Tovuzda evin hamamında qızdırıcı partlayıb.
APA-nın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin ikinci-üçüncü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az