Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.
www.102info.az