E-Polis mobil tətbiqi istifadəyə verildi

Cəmiyyət


Daxili İşlər Nazirliyinin (DİN) “E-Polis” mobil tətbiqi istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.

Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa qadağa qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.

Qeyd edək ki, tətbiq artıq “Play Market” mobil mağazasına yerləşdirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir