Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib.
“Report” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.
2023-cü ildə icrası təmin edilən işlərin sayı 10 %-dən çox artaraq ümumilikdə 570 minə yaxın sənədin icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın vəsait ödətdirilib.
www.102info.az