Səbaildə qurudulan yaşıllıq sahəsi ilə bağlı qərar verildi

Cəmiyyət


“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsinə baxış keçirilib”.

Bunu ərazidəki yaşıllıqların qurudulması ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib.

“Sözügedən ünvanda qurumuş ağaclarla bağlı Səbail bələdiyyəsi tərəfindən bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub. Tərəfimizdən sözügedən ünvana yerində baxış keçirilib. Abadlıq işlərinin aparılması məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəsmi müraciət olunub”.

Xatırladaq ki, paytaxtın Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsindən istifadə edə bilmədikləri ilə bağlı redaksiyamıza şikayət ünvanlamışdılar. Sakinlər binanın yaşıllıq sahəsinə tikinti tullantılarının atılaraq ağacların qurudulduğunu qeyd etmişdilər.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir