Mikayıl Cabbarov gəncləri təbrik edib – FOTO

Cəmiyyət


İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 fevral – Gənclər Günü münasibəti ilə ölkənin gənc vətəndaşlarını təbrik edib.

Nazir təbrikini “X” sosial şəbəkəsindəki hesabında çatdırıb.

“Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatdakı fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir. Onların iqtisadi fəallığının artırılmasına, gənc sahibkarlara dəstək fəaliyyətimizin mühüm istiqamətlərindəndir. Bugünkü əlamətdar tarix münasibətilə gənclərə təbriklərimizi çatdırır, firavanlıq, uğurlar və yüksəliş arzulayırıq”, – deyə o qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir